TƏHSİL NAZİRLİYİNİN NÜMAYƏNDƏSİ MƏHKƏMƏ PROSESİNDƏ İŞTİRAK ETMƏYİB

Bu gün (29 mart) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş “Poliqon” informasiya agentliyinin redaktoru Elmin Bədəlovun ADNA-ya və rektor Siyavuş Qarayevə qarşı iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçı Elmin Bədəlov və onun nümayəndəsi, Media Hüququ İnstitutunun vəkili Fariz Namazlı, cavabdehlərdən isə ADNA-nın “Neft-mexanika” fakültəsinin dekanı Qasım Məmmədov və prorektor Zaur Əhmədov, rektor  Siyavuş Qarayevin vəkili İlqar Cavadov iştirak edib.
E.Bədəlovun nümayəndəsi F.Namazlı məhkəmə prosesində bildirdi ki, ötən məhkəmə iclasında S.Qarayevin vəkili İ.Cavadov vəsatət qaldıraraq Təhsil Nazirliyini (TN) məhkəmə prosesinə çağırılmasını istəmişdi. Bu gün isə TN-i məhkəmə prosesində iştirak etmədiyindən məhkəmə prosesinə baxılmağına etiraz edərək vəsatət qaldırdı. Hakim  İ. Şirinov vəsatəti təmin edərək məhkəmə prosesini 5 aprel saat 16:30-a təyin edilib.
 
Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edərək,  pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Previous Post

BAŞ REDAKTORUN MƏTBUAT ŞURASININ SƏDRİNƏ QARŞI İDDİASI ÜZRƏ PROSES KEÇİRİLİB

Next Post

PENİTENSİAR XİDMƏT RATİ-YƏ JURNALİSTİN SAXLANMA ŞƏRAİTİ İLƏ TANIŞ OLMAĞA İCAZƏ VERMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.