“YENİ MÜSAVAT” QƏZETİNİN “AZƏRİQAZ”A QARŞI İDDİASINA BAXILIB

Dünən (13 aprel) Xətai rayon Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə “Yeni Müsavat” qəzetinin “Azəriqaz” İstehsalat Birliyinin rəisi Əkbər Hacıyevə qarşı informasiya sorğusunun cavablandırılmaması ilə bağlı iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn məlumat verib.
V.Hüseyn bidirdi ki, prosesdə istənilən informasiya sorğusuna cavab verilməməsinin qanunsuz və əsassız olduğunu deyib və iddianın təmin olunmasını istəyib. Cavabdehin nümayəndəsi isə tələb olunan informasiyanın kommersiya sirri olduğunu əsas gətirərək, iddianı əsassız hesab etdiyini hakimə bildirib.  
Hakim H. Məmmədov növbəti prosesi 20 aprel saat 14:20-ə təyin edib.
 Qeyd edək ki, “Yeni Müsavat” qəzeti “Azəriqaz” İstehsalat Birliyinin rəisi Əkbər Hacıyevə ünvanladığı sorğuda Bakı şəhərində fəaliyyət göstərən şadlıq evi kateqoriyasından olan obyektlərdə hər obyekt üçün və hər il üzrə ayrılıqda göstərilməklə 2007-2008-ci illərdə qaz istehlakının həcmi və ödəmə vəziyyəti haqqında məlumat istəyib.
Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

MİLLƏT VƏKİLİNİN NAZİRLİYƏ QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

AKSİYADA JURNALİSTLƏRƏ PEŞƏ FƏALİYYƏTİNİ YERİNƏ YETİRMƏYƏ İMKAN VERİLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.