PƏRVİZ ƏZİMOVUN İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (27 avqust) Lənkəran rayon Məhkəməsində hakim Cavanşir Məmmədovun sədrliyi ilə Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən (LDU)  xaric olunması ilə bağlı əmrin qanunsuz hesab olunması barədə iddiasına əsasən məhkəmə prosesi keçirilib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) P.Əzimovun özü məlumat verib.

 Prosesdə cavabdeh tərəfdən LDU-nun prorektoru Ruslan Həmidov, iddiaçı qismində isə P.Əzimov və onun səlahiyyətli nümayəndəsi, “Media Hüququ” institutunun vəkili  Xalid Ağəliyev  iştirak ediblər.
“Prosesdə qarşı tərəfin nümayəndəsi Ruslan Həmidov sualları cavablandırdı. Növbəti pfrosesdə isə şahidlərin ifadəsi dinləniləcək” –  deyən P.Əzimov bildirdi ki, növbəti proses 2 sentyabr saat 16:00-a təyin edilib.
Xatırladaq ki, LDU-nun rəhbərliyi tələbənin nizam-intizam qaydalarını pozmasına görə universitetdən qovulduğunu bildirir. P.Əzimov isə universitetdə baş verən qanunsuz hallarla bağlı  “Cənub Xəbərləri” qəzetinin 10 fevral 2009-cu il tarixli sayında dərc etdirdiyi “Qapalı otaqlarda açıq bazar” məqaləsinə görə universitetdən qovulduğunu iddia edir.

Previous Post

MƏHKƏMƏ DEPUTATIN MÜSADİRƏ OLUNMUŞ 271 MANATINI GERİ QAYTARDI

Next Post

GƏNC BLOQÇULARIN MƏHKƏMƏSİNİN TARİXİ MƏLUM OLDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.