PƏRVİZ ƏZİMOVUN İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Dünən (11 iyun) Lənkəran şəhər Məhkəməsində hakim Azər Səmədovun sədrliyi ilə Pərviz Əzimovun Lənkəran Dövlət Universitetindən (LDU) xaric olunması ilə bağlı əmrin qanunsuz hesab olunması barədə iddiasına əsasən məhkəmə prosesi keçirilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Pərviz Əzimovun özü məlumat verib.
“Hakim Azər Səmədov hər iki tərəfə barışıq təklif etdi. Mən universitetə yenidən bərpa olunacağım təqdirdə bunu qəbul edəcəyimi bildirdim. Eyni zamanda LDU-nun nümayəndəsi bu barədə rəhbərlikdə müzakirə aparılacağını bildirdi” – deyə P. Əzimov məlumat verib.
P. Əzimovun səlahiyyətli nümayəndəsi, “Media Hüquqları” İnstitutunun vəkili  Xalid Ağaliyev proses barədə RATİ-yə məlumatında deyib ki, tələbə universitetdən xaric olunduğu üçün məhkəmə hərbi xidmət haqqında sənəd tələb edib və prosesi qeyri-müəyyən vaxta təxirə salınıb.
Xatırladaq ki, LDU rəhbərliyi tələbənin nizam-intizam qaydalarını pozmasına görə universitetdən qovulduğunu bildirir. P.Əzimov isə universitetdə baş verən qanunsuz hallarla bağlı “Cənub Xəbərləri” qəzetinin 10 fevral, 2009-cu il tarixli sayında dərc etdirdiyi “Qapalı otaqlarda açıq bazar” məqaləsinə görə universitetdən qovulduğunu iddia edir.
Previous Post

MƏHKƏMƏ PROSESİ NÖVBƏTİ DƏFƏ TƏXİRƏ SALINDI

Next Post

ABŞ DÖVLƏT KATİBİNİN KÖMƏKÇİSİ HƏBSDƏ OLAN JURNALİSTLƏR BARƏDƏ SUALLARI CAVABLANDIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.