ABŞ DÖVLƏT KATİBİNİN KÖMƏKÇİSİ HƏBSDƏ OLAN JURNALİSTLƏR BARƏDƏ SUALLARI CAVABLANDIRIB

Dünən (11 iyun) ABŞ Dövlət Katibinin Azərbaycanda səfərdə olan köməkçisi Filip Qordon ABŞ səfirliyində təşkil olunmuş mətbuat konfransında Azərbaycanda həbsdə olan jurnalistlərin məsələsinə də toxunulub. Bu barədə ABŞ səfirliyi məlumat yayıb.

Konfrans zamanı müxbirin “Bizdə demokratiya və insan haqları sahəsində ciddi problemlər var. Həbsdə olan jurnalistlərimiz var. Vəziyyəti Siz necə qiymətləndirirsiniz? Bu mövzularla əlaqədar ABŞ Administrasiyasının Azərbaycan hökumətinə mesajı nədir?” suallarına Filip Qordonun cavabı aşağıdakı kimi olmuşdur:
”Təbii ki, burda olduğum dövrdə, demokratiya və insan haqları məsələlərini müzakirə edəcəyəm. Bu mövzular ABŞ üçün hər zaman önəm daşıyır. Bu məsələlər Obama Administrasiyası üçün də vacibdir. İnanırıq ki, ölkələr daha açıq və azad olanda daha çox xeyir görür və ABŞ və Qərblə tərəfdaş olmaq onlar üçün daha asan olur. Biz Azərbaycanın ABŞ və Qərblə yaxın tərəfdaş olmasını istəyirik.”
Previous Post

PƏRVİZ ƏZİMOVUN İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ MƏTBUAT KONFRANSI KEÇİRDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.