MƏHKƏMƏ PROSESİ NÖVBƏTİ DƏFƏ TƏXİRƏ SALINDI

Bu gün (12 iyun) Binəqədi rayon Məhkəməsində hakim Allahverən Həsənovun sədrliyi ilə “Korrupsiya və Cəmiyyət” jurnalının baş redaktoru Məmməd Əhmədoğlunun Mətbuat Şurasına (MŞ) və qurumun sədr müavini Vüqar Rəhimzadəyə qarşı iddiasına əsasən məhkəmə prosesi baş tutmadı.

Prosesdə iddiaçı tərəf iştirak etsə də, artıq üçüncü dəfə cavabdeh tərəflərdən heç bir nümayəndə iştirak etmədi. Hakim bildirdi ki, cavabdeh tərəf MŞ sədrinin xarici səfərdə olması ilə  bağlı məhkəməyə müraciət edib. Bu səbəbdən, növbəti proses 19 iyun saat 16:00-a təxirə salındı.
Xatırladaq ki, MŞ bir müddət əvvəl  “reket” qəzetlərin siyahısını açıqlayarkən, “Korrupsiya və Cəmiyyət” jurnalını da  bu siyahıya daxil edib. Bu səbəbdən də M.Əhmədoğlu Binəqədi rayon Məhkəməsinə müraciət edərək, MŞ-nin təkzib verərək üzr istəməsini və dəymiş mənəvi ziyana görə cavabdehlərin hər birinin 4.000 (dörd min) manat ödəməsini istəyir.
Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

PƏRVİZ ƏZİMOVUN İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.