AQİL XƏLİL VƏ SERGEY STREKALİNİN APELYASİYA ŞİKAYƏTLƏRİ ÜZRƏ MƏHKƏMƏ PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (27 avqust) Bakı Apellyasiya Məhkəməsində  Aqil Xəlilin bıçaqlaması faktı ilə bağlı Nəsimi rayon Məhkəməsinin çıxardığı hökmdən tərəflərin vermiş olduğu apellyasiya şikayəti üzrə təyin olunmuş məhkəmə prosesi vəkillərin məhkəmə iclasında iştirak etməməyinə görə  təxirə salındı.

Proses 03 sentyabr  saat 15:00 qədər təxirə salınıb.
Qeyd edək ki, A.Xəlilin bıçaqlanmasında və narkotik maddələrin qanunsuz olaraq saxlanılmasında ittiham edilərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Sergey Strekalin  jurnalisti bıçaqladığını boynuna götürsə də narkotik maddələrlə bağlı ittihamı rədd edir və bu səbəbdən apellyasiya şikayəti verib.
A. Xəlil isə onun S. Strekalin deyil MTN əməkdaşları tərəfindən bıçaqlandığını bildirərək məhkəmənin hökmündən apellyasiya şikayəti verib.

Previous Post

QƏNİMƏT ZAHİDOV ƏLYAZMASININ MƏHVİNƏ GÖRƏ MADDİ VƏ MƏNƏVİ ZƏRƏRİN ÖDƏNİLMƏSİNİ TƏLƏB EDİR

Next Post

MAHAL İSMAYILOĞLUNUN HƏYATI TƏHLÜKƏDƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.