.jpg)
“Turan” İnformasiya Agentliyinin yaydığı məlumata görə, hesabat iyulun 15-dən 30-na qədər olan dövrü əhatə edir.
Məlumata görə, monitorinq ANS, ATV, AzTV, İTV, “Lider”, “Space” və “Xəzər” telekanalları üzərində hər gün saat 18.00-dan 24.00-a kimi, qəzetlərdən isə, “Azadlıq”, “Azərbaycan”, “Yeni Müsavat”, ”Zerkalo” və “525”-ci qəzetin üzərində aparılıb.
Monitorinqin nəticələrinə görə, İTV-nin uyğun verilişlərində YAP-ı təmsil edən siyasi iştirakçılara vaxtın 28%-i, müstəqil siyasətçilərə 16%-i və Müsavat Partiyasına 14%-i, Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyasına, Boz Qurd Partiyasına 7% və 9%, Vətəndaş Həmrəyliyi Partiyasına 6% yer ayrılıb. Qalan 21% isə müstəqil olmayan namizədlərin fəaliyyətinə həsr olunduğu bildirilir.
İTV-nin xəbərlər proqramında nisbətin dəyişdiyi qeyd edilən hesabatda vaxtın 54%-nin YAP-a ayrıldığı, Vahid Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasının hər birinin payına 16% düşdüyü qeyd olunur. AzTV-də 82% YAP-ın, qalan 8%-in isə müstəqil namizədlərə, ”Space” telekanalında 87% YAP-ın, 13%-in isə müstəqil namizədlər aid olduğu bildirilir. “Xəzər” telekanalında da eyni mənzərənin yaşandığı qeyd olunur. ANS və ATV-də YAP-a müvafiq olaraq 65% və 57% yer verilib.
Monitorinqə cəlb edilən qəzetlər müxtəliflik dərəcəsinə görə, iki qismə bölünür: “Azərbaycan” və “Xalq ”qəzetində YAP 79%-lə dominantlıq edib, 11% mənsubiyyəti olmayan nazirlərə, 8%-i müstəqil siyasətçilərə həsr edilib.
Hesabata görə, özəl qəzetlərdə siyasi müxtəliflik geniş olub. ”525-ci qəzet”də 34% YAP-a, 26%-nin müstəqil siyasətçilərə, 4%-in isə Müsavat Partiyasına həsr edilib. ”Azadlıq” qəzetində yerin 43% YAP-a ayrılıb, Müsavat Partiyasına və Ana Vətən Partiyası isə müvafiq olaraq 13% və 14% yer ayrılıb. ”Yeni Müsavat” qəzetində materialların 29%-i YAP-a, 25%-i Müsavat Partiyasına, 10%-i isə müstəqil namizədlərə həsr olunub.