MƏTBUAT ŞURASINA QARŞI İDDİAYA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Bu gün (19 iyun) Binəqədi rayon Məhkəməsində hakim Allahverən Həsənovun sədrliyi ilə “Korrupsiya və Cəmiyyət” jurnalının baş redaktoru Məmməd Əhmədoğlunun Mətbuat Şurasına (MŞ) və qurumun sədr müavini Vüqar Rəhimzadəyə qarşı iddiasına əsasən məhkəmə proses keçirildi.

   Prosesdə iddiaçı tərəfdən Məmməd Əhmədoğlu və vəkili Abdulla Əfəndizadə, cavabdeh tərəfdən isə Vüqar Rəhimzadənin nümayəndəsi Rəhim Hüseynzadə və MŞ-nin sosial komissiyasının sədri Müşfiq Ələsgərli iştirak edirdi.
 İddiaçı tərəf çıxışında bildirdi ki, MŞ “Korrupsiya və cəmiyyət” jurnalının “reket mətbuat” siyahısına daxil etmək səlahiyyətinə malik deyil və bu qanunsuz addıma görə cavab verməlidir.
 Cavabdeh tərəfin nümayəndələri isə bildirdilər ki, MŞ “Korrupsiya və cəmiyyət” jurnalında dərc olunmuş yazılarla bağlı şuraya edilmiş müraciətlərə əsasən araşdırma aparmış və komissiyanın qərarı ilə jurnalı siyahıya daxil etmişdir.
 Hakim MŞ-nin səlahiyyət və vəzifələrinin yer aldığı nizamnamənin təsdiq edilmiş formasını məhkəməyə təqdim etmək barədə cavabdehlərə göstəriş verdi və prosesi 29 iyun saat 16.00-a təyin etdi.
 Xatırladaq ki, MŞ bir müddət əvvəl  “reket” qəzetlərin siyahısını açıqlayarkən, “Korrupsiya və Cəmiyyət” jurnalını da  bu siyahıya daxil edib. Bu səbəbdən də M.Əhmədoğlu Binəqədi rayon Məhkəməsinə müraciət edərək, MŞ-nin təkzib verərək üzr istəməsini və dəymiş mənəvi ziyana görə cavabdehlərin hər birinin 4.000 (dörd min) manat ödəməsini istəyir.
Previous Post

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN MÜDAFİƏ KOMİTƏSİ FORUM KEÇİRDİ

Next Post

GÖYÇAYDA QƏZETLƏRİN YAYIMINA QADAĞA QOYULUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.