GƏNC BLOQÇULARIN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES TƏXİRƏ SALINIB

Bu gün (22  yanvar) Bakı Apellyasiya məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə gənc bloqçular  – Emin Milli ( Abdullayev)  və Adnan Hacızadənin vəkilləri İsaxan Aşurov və Elton Quliyevin Səbail rayon məhkəməsinin 11 noyabr 2009-cu il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Vəkil İ. Aşurov  səhhəti ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəyi ilə bağlı məhkəməyə yazılı müraciət edərək, prosesin təxirə salınmasını istəyib.
Hakim Q. Məmmədov növbəti prosesi 5 fevral saat 11-00-a  təyin etdi.
Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. Cinayət işinin istintaqı yekunlaşdırılıb və gənclərə qarşı 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürülüb və iş baxılması üçün məhkəməyə göndərilmişdi. Noyabrın 11-də Səbail rayon məhkəməsi Adnan Hacızadənin 2 il 6 ay, Emin Millinin isə 2 il azadlıqdan məhrum edilməsi ilə bağlı qərar çıxarıb.

Video: http://www.irfs.az/content/view/3350/1/lang,az/

Previous Post

TƏLƏBƏ-JURNALİST ELMİN BƏDƏLƏV NEFT AKADEMİYASINDAN XARİC OLUNDU

Next Post

DAXİLİ İŞLƏR NAZİRİNİN BAŞ REDAKTORA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.