
Müsavat Gənclər Təşkilatının (MGT) şura üzvü Emil Əliyevə (Emil Elman) 2009-cu il may ayının 15-də axşam saat 12.00 radələrində evinin qarşısında naməlum şəxslərin hücumuna məruz qalıb.
Naməlum şəxslər E. Əliyevi yumruq və təpik zərbələri ilə döyərək, ona baş və bədəninin müxtəlif nahiyələrindən xəsarət yetiriblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna MGT-nın şura üzvü E.Əliyevin özü məlumat verib. Onun dediyinə görə, mayın 10-da Bakıda təşkil olunan “Gül bayramı”-a etiraz əlaməti olaraq gənclərin keçirdiyi aksiya barəd “facebook” vasitəsilə məlumatlar yaydığına görə “icazəsiz aksiyaya çağırışda” təqsirləndirilərək mayın 10-da Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Daha sonra polis E. Əliyevdən izahat alınaraq onu sərbəst buraxılıb.