“TURAN SERVİS”İN İDDİASI ÜZRƏ BAŞLANAN MƏHKƏM PROSESİ TƏXİRƏ SALINDI

Bu gün (19 may) hakim Tahirə Əsədovanın sədrliyi ilə 1 saylı Yerli Bakı İqtisad Məhkəməsində “Turan Servis” şirkətinin direktoru Samir İsmayılovun  Bakı Şəhər Vergilər Departamentinə qarşı qaldırdığı  iddia üzrə məhkəmə prosesi keçirilməli idi.

Lakin cavabdeh tərəfdən  baş dövlət vergi müfəttişinin nümayəndələri Elman Məmmədov və Cəmil Məmmədovun məhkəmə prosesinə gəlmədiyindən hakim T.Əsədova prosesi 22 may, saat 14:00-a təxirə saldı.
S.İsmayılovun sözlərinə görə, Vergilər Departamenti “Turan Servis” şirkətində audit yoxlama aparıb və şirkətin guya 3400 manat vergidən yayındığını aşkarlayıb. Bunun müqabilində department şirkəti 800 manat məbləğində cərimə edib. Bununla razılaşmayan və bunun doğru olmadığını deyən şirkətin direktoru S.İsmayılov yoxlamaların nəticələrinin ləvğ olunmasını, silinən məbləğin geri qaytarılmasını və məhkəmə xərclərinin iddiaçı tərəfindən ödənilməsini tələb edir. 
     Xatırladak ki, iddiaçı “Turan Servis” Şirkətinin Bakı şəhər VD-inə qarşı Səyyar vergi yoxlamasının keçirilməi barədə 0801020031979300 №-li bildirişin, Səyyar vergi yoxlıamsının keçirilməsi haqqında 07.07.3008-ci il tarixli 08000100148398 №-li qərarın, Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın müddətinin uzadılması haqqında olan 17.09.2008-ci il tarixli 08001700692341 №-li qərarın, Səyyar vergi yoxlamsı haqqında 18.09.2008-ci il tarixli 08000102683297 №0-li AKT-ın etibarsız hesab edilərək ləğv edilməsi, iddiaçıdan tutulmuş 972 manat 54 qəpik pul məbləğinin ona geri qaytarılması, vurulmuş maddi zərərə görə iddiaçıya 7000 manat, iddiaçının çəkdiyi məhkəmə xərclərinə görə 2000 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, icranın dayandırılması barədə məhkəmə qərardadı olduğu halda cavabdehin iddiaçının bank hesablarına yeni sərəncamlar qoyması və iddiaçının hesabından pul sildirməsinin qanunsuz hesab olunmağını tələb edir.
Previous Post

MƏĞRUR BƏDƏLSOY: “AZƏRBAYCANDA QANUNLARIN İCRA VƏ TƏTBİQ OLUNMUR”

Next Post

İDDİAÇILAR NAZİM QULİYEVİ BAĞIŞLADILAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.