İDDİAÇILAR NAZİM QULİYEVİ BAĞIŞLADILAR

Bu gün (19 may) Nəsimi rayon məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın “İdeal” qəzetinin təsisçisi Nazim Quliyevə qarşı Cinayət Məcəlləsi 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Qeyd edək ki, məhkəmə prosesinə jurnalistlər buraxılmayıb. Daha sonra məhkəmə müşavirəyə gedib və hakim E.Əhmədov məhkəmə prosesi günün ikinci yarısına təyin edib. S.Mahmudova jurnalistlərə bildirib ki, N.Quliyevin ailə vəziyyətini nəzərə alaraq xüsusi ittiham qaydasında olan iddialarını geri götürüblər və barışıq ərizəsini yazıblar. S. Mahmudova həmçinin onu da bildirdi ki,“İdeal” qəzetinin bağlanması ilə bağlı iddiasını geri götürməyib.
Günün ikinci yarısı keçirilən məhkəmə prosesinə jurnalistlər yenə buraxılmadılar. 
Məhkəmə peosesi 20 may saat 15.00-a təyin edilib.
Xatırladaq ki, T. Rüstəmxanlı və S. Mahmudova qaldırdıqları iddiada “İdeal” qəzetinin təsisçisi N.Quliyevin CM-nin 147.2, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barəsində ittiham hökmünün çıxarılmasını məhkəmədən xahiş edirlər.  
Tənzilə Rüstəmxanlı və Səbirə Mahmudovanın 2008-ci il noyabrında Nəsimi rayon məhkəməsində N.Quliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırmış və hakim Elman Əhmədov N. Quliyev haqqında həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarmışdı. Lakin N.Quliyev məhkəməyə gəlmədiyinə görə barəsində axtarış elan olunmuş və 24 aprel 2009-cu ildə həbs olunmuşdur.
Previous Post

“TURAN SERVİS”İN İDDİASI ÜZRƏ BAŞLANAN MƏHKƏM PROSESİ TƏXİRƏ SALINDI

Next Post

MƏHKƏMƏ HAZIRLIQ İCLASI YENİDƏN TƏXİRƏ SALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.