HERKEL JURNALİSTLƏRİN AZAD OLUNMASINI ZƏRURİ SAYIR

Dünən Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan üzrə həmməruzəçilər Andres Herkel və Yevgeniya Jivkova fevralda Azərbaycana etdikləri səfərlə bağlı məlumat veriblər.

“Exo” qəzetinə verdiyi müsahibəsində Andres Herkel bildirib ki,  iyunun sonunda Azərbaycan üzrə hesabat təqdim ediləcək və bu hesabat ölkədə son vəziyyəti əhatə edəcək. Onun sözlərinə görə, iclasda siyasi məhbuslarla bağlı məsələ də müzakirə olunub: “İndi biz qarşıdan gələn Novruz bayramı ilə bağlı əfv fərmanının olub-olmayacağı ilə bağlı xəbər gözləyirik. Mən dəqiq anlatdım ki,  jurnalist qardaşlar (Qənimət və Sakit Zahidovlar), həmçinin Eynulla Fətullayev dərhal azad olunmalıdırlar. Mən səmimi olaraq istəyirəm ki, siyasi məhbuslarla bağlı məsələ tez həllini tapsın, çünki həllini gözləyən digər məsələlər var”.  

Previous Post

“ELMAR HÜSEYNOV FONDU”NUN KEÇİRDİYİ MÜSABİQƏNİN İKİNCİ MƏRHƏLƏSİ BAŞA ÇATIB

Next Post

AQİL XƏLİLƏ HÜCUMLARLA BAĞLI CİNAYƏT İŞLƏRİ BİRLƏŞDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.