Hilal Məmmədovun məhkəməsi davam edir

935671_598435393509635_869834024_n

Mayın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə “Tolışı sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə məhkəmə iclası keçirilib. Proses müdafiə tərəfinin  məhkəmə tərkibinə etdiyi etirazın məhkəməyə təqdim edilməsi ilə başlayıb və  yarım saatlıq müşavirədən sonra məhkəmə etirazın baxılmamış saxlanıldığını  elan edib. Daha sonra H. Məmmədov sərbəst ifadə verməyə davam edib. Jurnalist bildirib ki, xaricdə Talış mədəniyyətinə diqqət çəkən, internetdə yerləşdirilmiş  “Tı kto takoy, davay, do svidaniya” klipinə görə həbs edilib.

“2005-ci ildən bəri daim izlənmişəm. Ötən il iyunun 21-də, Astarada folklor axşamından bir neçə gün sonra  evimdən çıxarkən idmançı bədən quruluşuna malik 6-7 nəfərin hücumuna məruz qalmışam, onlar məni maşına mindirərək, Narkotiklərə qarşı Mübarizə İdarəsinə aparıblar. Yolda da məni döyüblər. İdarədə məlum olub ki, mənim üzərimdə “narkotik tapılıb” və bunun sənədləşdirilməsi üçün iki şahid gətirilib.  mənim üzərimdən narkotik tapıblar. İdarədə də mənə fiziki təzyiq göstərilib”,-deyə jurnalist məhkəməyə verdiyi ifadəsində bildirib.

Jurnalist bütün bunların ictimai fəallığı ilə bağlı olduğunu və tənqidi fikirlərinə görə susdurmaq məqsədi daşıdığını bildirib və eyni zamanda öz mövqeyindən də əl çəkməyəcəyini  sözlərinə əlavə edib.

Qeyd edək ki, Hakim A. Orucov məhkəməni 5 iyun saat 10:30-a təyin etdiyini elan edib.

Xatırladaq ki, Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama), 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

Previous Post

İşgəncə məruz qalmış jurnalistin tibbi ekspertizası keçiriləcək

Next Post

Jurnalist çəkiliş apararkən təzyiqə məruz qalıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.