Dünən (21 yanvar) ABŞ-ın Dövlət Katibi Hillari Klintonun Vaşinqtonda İnternet Azadlığı ilə bağlı çıxışından sonra ABŞ səfirliyi və Azərbaycan Media Mərkəzi müzakirə keçirdi.
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson bildirdi ki, Hillari Klintonun internet azadlığı ilə bağlı çıxışı digər dünya ölkələri kimi Azərbaycan üçün də önəmlidir.
İREX təşkilatının Media Yayımı layihəsinin direktor müavini Şahin Abbaslı çıxışla bağlı qısa xülasəsində bildirdi ki, Hillati Klinton ilk öncə texnologiyaların inkişafının müsbət rolundan danışıb. “Xanım Klinton bildirdi ki, müasir dünyada qlobal informasiya vasitəsi olan internetdən reallıqları öyrənmək mümkündür. O, avtoritar rejim hökm sürən ölkələrin internet vasitəsilə demokratiyanı və söz azadlığını daha da boğmaq üçün istifadə etdiyini də təəssüflə vurğuladı. Bundan başqa, narkoticatəçiləri və terroristlərin də internetdən pis niyyətlər üçün yararlandığını deyən Hillari Klinton bütün dünyanı bu kimi hallara qarşı birgə mübarizəyə səslədi. Hillari Klinton bəyan edib ki, siyasi məqsədlərlə internetdə senzura tətbiq edən ölkələr özünü bəşəriyyətin inkişafından uzaqlaşdırmaqla, iqtisadi cəhətdən də böyük itki vermiş olur.
O, senzuraya görə Çin, Özbəkistan və Tunisi tənqid edib və həmçinin Çinin hakim dairələrini bu yaxınlarda hakerlərin yerli hüquq müdafiəçilərinin elektron poçtuna hücum etməsini araşdırmağa, bütün ölkələri insanların informasiyaya azad çıxışını təmin etməyə və hakerlərlə mübarizəyə çağırıb.
Hillari Klinton internet sosial şəbəkələrdəki fəaliyyətlərinə görə insanların bir çox ölkələrdə təqib olunduğunu pisləyib və misal olaraq Misirdə çox sayda bloggerin həbs olunduğunu göstərib” – deyə Ş.Abbaslı xülasəsində bildirdi.
“Turan” informasiya agentliyinin direktor müavini Şahin Hacıyev bildirdi ki, Hillari Klintonun çıxışında toxunduğu bir çox problemlər Azərbaycan üçün də əhəmiyyətlidir. “İstər rəsmi, istərsə də qeyri-rəsmi senzuranın mövcud olduğu ölkələrdə internetin əhəmiyyəti çox vacibdir. Bu gün Azərbaycanda ən vacib və əhəmiyyətli informasiyaları “Facebook”, “YouTube” və s. internet resursları vasitəsilə almaq mümkündür” – deyə Ş.Hacıyev bildirdi.
Milli İnternet Forumunun rəhbəri Osman Gündüz bildirdi ki, Azərbaycanda interneti azad hesab etmək olar. “Hətta ən radikal siyasi qurumlar da internetdə öz materiallarını yerləşdirə bilərlər. Həmçinin internetə senzura ilə bağlı da qanunvericilikdə hüququ bir əsas yoxdur” – deyən O.Gündüz vurğuladı ki, Azərbaycanda internetin ən əsas problemi əlçatan olmamasıdır. O, bildirdi ki, Azərbaycanda internetin sürətinin aşağı, qiymətlərin isə yüksək olması insanlar üçün internetin əlçatan olmamasına səbəb olur.
ABŞ səfirliyinin Gəncə, Xaçmaz və Lənkəranda olan informasiya mərkəzlərindən də müzakirəyə onlayn qatılanlar da öz fikirlərini bildirdilər və müzakirə iştirakçılarına suallarını verdilər.