Jurnalistin şəxsi həyata müdaxilə ilə bağlı cinayət işinin açılması üçün Baş Prokurorluğa müraciət edilib

221805_162084863856425_6339206_n

Hüquq müdafiəçisi İntiqam Əliyev “Azadlıq” radiosunun Naxçıvan müxbiri Yafəz Əkrəmoğlunun şəxsi həyatına qanunsuz müdaxilə və ölümlə hədələmə faktı ilə bağlı cinayət işinin qaldırılması ilə bağlı Baş Prokurorluğa müraciət edib. Bu barədə bu gün (24 iyul) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) İ. Əliyev məlumat verib.

İntiqam Əliyev RATİ-yə açıqlamasında, müraciətə hələ də cavab verilmədiyini bildirib.

 “ Jurnalist Naxçıvan Muxtar Respublikasında baş verən hadisələri işıqlandırdığı üçün dəfələrlə hədə və təzyiqlərə məruz qalıb, onun yaşadığı ünvana hədələyici məktublar göndərilib, telefonuna gizli və açıq nömrə ilə təhdid zəngləri edilib, o, ölümlə hədələnib, bununla bağlı müvafiq orqanlara müraciətlər edilsə də, heç bir araşdırma aparılmayıb və tədbir görülməyib. Şikayətçinin Azərbaycan Konstitusiyası və Avropa İnsan Hüquqları Konvensiyası ilə təminat verilən şəxsi (peşə) həyatına hörmət hüququ pozulub. Belə ki, şikayətçinin  Nehrəm kənd sakini Əşrəf Həsənovla telefon danışığı qanunsuz olaraq qeydə alınıb, həmin telefon danışığı “Lider” TV və “Səs” TV-də qanunsuz olaraq yayımlanıb. Bu cür yalan və ləkələyici məlumatların yayılması Yafəz Həsənov, onun təmsil etdiyi media qurumunu gözdən salmaq, onu hədələyən şəxslərin müdafiəsi, Naxçıvan Muxtar Respublikasında baş verənlərlə bağlı həqiqətlərin cəmiyyətdən gizlədilməsi məqsədi güdür. Jurnalistin şəxsi (peşə) həyatına qanunsuz müdaxilə və onun hədələnməsi faktı ilə bağlı cinayət işinin qaldırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması üçün ilə bağlı müvafiq tədbirlər görülməlidir. Qanunsuz səs yazısını “Lider” TV və “Səs” TV-yə təqdim edən, eləcə də səs yazısının bu telekanallarda yayımlanmasında məsul olan, jurnalistə açıq və gizli nömrələrlə zəng vurub hədə-qorxu gələn şəxslər müəyyən edilməlidir”,-deyə müraciətdə qeyd edilib.

Previous Post

Milli Mətbuat Günü ilə bağlı mərhum jurnalistlərin məzarı ziyarət edilib

Next Post

Prezident Administrasiyasının qarşısında olan aksiyada jurnalistlərə təzyiq edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.