Milli Mətbuat Günü ilə bağlı mərhum jurnalistlərin məzarı ziyarət edilib

1003704_445071968923675_1431756367_n

22 İyul Milli Mətbuatın yaranmasının 138-ci ildönümü ilə bağlı bir qrup jurnalist Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin, müasir müstəqil mətbuatın yaradıcılarından biri Nəcəf Nəcəfovun, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun və Qarabağda həlak olan jurnalistlərin məzarlarını yad ediblər.

Turan agentliyinin direktoru Mehman Əliyev qeyd edib ki, azad medianı dəstəkləyənlərin sayı azalsa da söz azadlığı qalib gələcək. E.Hüseynovun məzarı önündə çıxış edən M.Əliyev əmin olduğunu bildirib ki, tezliklə ölkədə böyük dəyişikliklər baş verəcək. “Bu gün media azadlığı uğrunda mübarizə aparanların məzarını yad etməklə biz ictimaiyyətə mesaj göndəririk ki, ölkədə hələ də azad mətbuata sadiq insanlar var. Media azadlığı uğrunda mübarizə davam edir”, – deyə Əliyev vurğulayıb.

“Azadlıq” qəzetinin şərhçisi Seymur Həziyev qeyd edib ki Hüseynovun qətlindən sonra bəzi həmkarlar hakimiyyətlə sövdələşməyə gediblər, bu sövdələşmə başa çatıb və azad medianı dəstəkləyən fədakar jurnalistlərin sayı stabilləşib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov Qarabağda həlak olan jurnalistlərin məzarı önündə çıxış edərək bildirib ki, jurnalistlər yalnız söz azadlığı uğrunda mübarizə aparmırlar, həm də Vətənin azadlığı uğrunda döyüşürlər, onlar həqiqətin insanlara çatdırılması üçün həyatlarını qurban veriblər.

Jurnalistlər Zərdabinin məzarı yanında onun nəslinin nümayəndələri ilə görüşüblər Onlar hakimiyyətin Zərdabi irsinə münasibətindən narazılıqlarını bildiriblər.

“Zərdabının həyat yoldaşı, Bakı qızlar gimnaziyasına rəhbərlik etmiş Həmidə xanım mərhumun yanında dəfn olunub. İndiyədək onun qəbirüstü abidəsi yoxdur. Bakıda Zərdabiin abidəsi yoxdur”,-deyə maarifçinin nəvəsi, 30 il yataqxanada yaşayan Səttar Zərdabi bildirib.

Previous Post

Jurnalistlər üçün tikilmiş bina istifadəyə verilib

Next Post

Jurnalistin şəxsi həyata müdaxilə ilə bağlı cinayət işinin açılması üçün Baş Prokurorluğa müraciət edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.