Prezident Administrasiyasının qarşısında olan aksiyada jurnalistlərə təzyiq edilib

İyulun 25-də RATİ əməkdaşı Rasim Əliyev və “Kanal 13” internet televiziyasının əməkdaşı Hüseyn Əzizoğlu Prezident Administrasiyasının qarşısında olan aksiya zamanı öz peşə fəaliyyətlərini yerinə yetirərkən təzyiqə məruz qalıblar. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistlərin özləri məlumat verib.
RATİ əməkdaşı Rasim Əliyevin sözlərinə görə  bir qrup  “Qara şəhər” sakinləri  evlərinin sökülməsinə görə aldıqları kompensasiyanın azlığı səbəbi ilə Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər və bu zaman baş verənləri videoya çəkərkən mülki geyimli şəxslərin hücumuna məruz qalıb.
“Sakinlərin keçirdiyi aksiyanı video ilə çəkirdim və bu zaman bir neçə mülki geyimli şəxs mənə yaxınlaşaraq, kameranı onlara verməyimi tələb etdi. Bunu etmək istəmədiyimdə, kameranı zorla əlimdən alaraq, binanın görüntülərini silib, camaat dağılışandan sonra  kameranı qaytaracaqlarını bildirdilər. Halbuki mən ancaq narazılıq edən sakinlərin müsahibəsini çəkmişdim, bina kadrda yox idi. Kameramı qaytardıqdan sonra isə  bütün çəkdiklərimin tamamilə silindiyini gördüm” –deyə jurnalist bildirib.
Digər jurnalist “Kanal 13” internet televiziyasının əməkdaşı Hüseyn Əzizoğlu RATİ-yə açıqlamasında, həmkarı ilə eyni təzyiqə məruz qaldığını və kamerası qaytarıldıqdan sonra bütün kadrların silindiyini bildirib.
“Baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyəm” –deyə Hüseyn Əzizoğlu əlavə edib.
Previous Post

Jurnalistin şəxsi həyata müdaxilə ilə bağlı cinayət işinin açılması üçün Baş Prokurorluğa müraciət edilib

Next Post

İcra başçısının oğlu jurnalistə qarşı ittihamı geri götürüb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.