Hüquq müdafiəçisi 3 aylıq həbs edilib

 ley

İyulun 30-da Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus mülki geyimlilər tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 213-cü (vergidən yayınma), 192-ci (qanunsuz sahibkarlıq), 320-ci (sənədləri saxtalaşdırma) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri üzrə ittiham irəli sürülüb. Baş Prokurorluun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində 6 saat dindirildikdən sonra barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi Rayon məhkəməsinə aparılıb. Məhkəmə Leyla Yunus barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunusa qarşı da dövlətə xəyanət də dələduzluq maddələri üzrə ittiham irəli sürülüb və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Vəkil Cavad Cavadov Leyla və Arif Yunusun irəli sürülmüş ittihamları qəbul etmədiyini bildirib.

Xatırladaq ki, Leyla Yunus və həyat yoldaşı aprelin 28-də ölkədən çıxmaq istəyən zaman saxlanılmış, evində axtarış aparılmış daha sonra pasportları əllərindən alınaraq sərbəst buraxılmışdılar.

Previous Post

Mərhum jurnalistin 47 yaşı tamam olur

Next Post

RATİ Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı son hücumları pisləyir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.