Mərhum jurnalistin 47 yaşı tamam olur

monitor chief

İyulun 17-də  “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun 47 yaşı tamam olur. Jurnalistlər, hüquq müdafiəçiləri onun xatirəsini yad edərək məzarı önünə çiçək dəstələri qoyublar. Məzarın önünə toplaşanlar söz azadlığından, azad vətəndaş jurnalistikasının inkişafına Elmarın töhfəsindən danışıblar.

“Elmarın qatilləri düşünürdülər ki, onun ölümü ilə Azərbaycanda fikrin ifadə olunması azadlığı tədricən yox olacaq. Əksinə, hər dəfə Elmarın doğum günündə, Beynəlxalq Mətbuat Həmrəyliyi və Milli Mətbuat günündə vətəndaş cəmiyyəti onun məzarının önündə öz birliyini nümayiş etdirir”, – deyə “Azadlıq” qəzetinin şərhçisi Rövşən Hacıbəyli bildirib.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov bildirib ki, Elmar Hüseynov Fondunun təsisçiləri vergi orqanları tərəfindən götürülmüş sənədlərin qaytarılmasına nail olmaq və fondun fəaliyyətini bərpa etmək qərarına gəliblər.

Xatırladaq ki, Elmar Hüseynov Martın 2-də 2005-ci il martın 2-də  yaşadığı binanın qarşısında odlu silahla qətlə yetirilmişdir. Jurnalistin ölümündən 9 il keçsə də qatilləri tapılmayıb.

Previous Post

Jurnalistin həbs müddəti daha 4 ay uzadıldı

Next Post

Hüquq müdafiəçisi 3 aylıq həbs edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.