Ali Məhkəmə Rəşad Ramazanovun şikayətini təmin etməyib

resad-ramazanov

Mayın 14-də Ali Məhkəmə qanunsuz narkotik ticarəti ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilmiş dindar bloger Rəşad Ramazanovun apellyasiya məhkəməsinin hazırlıq iclasının qərarından verdiyi kassasiya şikayətini təmin etməyib.

Blogerin vəkili Azər Nağıyev bildirib ki, yanvarın 9-da Ramazanovun şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinin hazırlıq iclası keçirilib. Lakin məhkəmənin qərarı müdafiə tərəfə verilməyib və bir həftə sonra Apellyasiya Məhkəməsi işə mahiyyəti üzrə baxaraq, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vəkil Azər Nağıyev hesab edir ki, Ramazanova qarşı bütün ittiham onu saxlayan polislərin iddiaları əsasında qurulub və onun təqsirinin başqa sübutu yoxdur.

Xatırladaqki, mayın 9-dadindarbloggerRəşadRamazanov (RəşadHəqiqətAğaaddin) “20 yanvarmetrostansiyası yaxınlığındasaxlanılaraqDaxili İşlərNazirliyininBaş MütəşəkkilCinayətkarlıqlaMübarizə İdarəsinə gətirilib. Bloggerin üzərində axtarış aparılıb və üzərindən 9 qram heroin müsadirə edildiyi bildirilir. Ramazanov bu ittihamı təkzib edir. Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi bloggerin 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Qeyd edək ki, Amnesty International Ramazanovu “vicdan məhbusu” kimi tanıyıb.

Previous Post

Hüquq müdafiəçisi həbs edilib

Next Post

Anar Məmmədli və digər iki fəal ifadə verib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.