NEMƏT PƏNAHLI MƏHKƏMƏDƏ MƏTBUAT İŞTİRAK ETMƏDİYİ ÜÇÜN İFADƏ VERMƏKDƏN İMTİNA EDİB

     Mayın 3-də  Nəsimi rayon məhkəməsində  hakim Elman Əhmədovun sədrliyi ilə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və onun dostu  Ceyhun Fərzəliyevin işi üzrə dinləmələr başlayıb.

Əvvəlcədən prosesin başlanğıcı saat  11.00-a elan edilsə də, hakim dinləmələri saat 10.00-da açıb. Bu səbəbdən də prosesə gecikən jurnalistlər iclasa buraxılmayıb.

            Mətbuatın prosesdə iştirak etməməsinə etiraz əlaməti olaraq Nemət Pənahlı və digər müttəhim ifadə verməkdən imtina edib.

    Növbəti məhkəmə iclası  mayın 17-də davam edəcək.

    Xatırladaq ki,  yanvarın 8-də Nemət Pənahlı öz dostu Ceyhun Fərzəliyev ilə birlikdə vətəndaş Eldar Rzayevin şikayəti əsasında saxlanılıb. Yanvarın 10-da Nəsimi Rayon Məhkəməsi Pənahlı və Fərzəliyevi Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) iki ay müddətinə həbs edib. Münaqişəyə səbəb Pənahlının Rzayevə satdığı nasaz avtomobil olub.

    Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Pənahlının təqsiri sübuta yetirilərsə, onu 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

    Pənahlının doğmaları və yaxınları isə hesab edirlər ki, onun həbsi "P.S. Nota" qəzetində hakimiyyətin ünvanına söylədiyi tənqidi fikirlərlə bağlıdır.

Previous Post

ÖTƏN İLKİ SEÇKİLƏRƏ MÜDAXİLƏDƏ İTTİHAM EDİLƏN HÜQUQ MÜDAFİƏÇİSİ BARƏSİNDƏ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİ

Next Post

JURNALİSTLƏR SÖZ AZADLIĞI GÜNÜNÜ MƏRHUM JURNALİST ELMAR HÜSEYNOVUN MƏZARINI YAD ETMƏKLƏ QEYD ETDİLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.