MÜSTƏNTİQ CABBAR SAVALANLI İLƏ BAĞLI VƏSATƏTLƏRİNİ RƏDD EDİB

      Gənc fəal Cabbar Savalanlının müdafiəsi istiqamətində vəkil Anar Qasımovun qaldırdığı vəsatətləri Sumqayıt Şəhər Polis İdarəsinin müstəntiqi Ziyadxan Əliyev rədd edib.

Vəkil Anar Qasımov  Cabbar Savalanlı barəsində rəy verən Respublika Narkoloji Dispanseri ekspertlərinin şahid qismində dindirilməsi, təkrar narkoloji ekspertizanın və alternativ narkoloji ekspertizanın keçirilməsi üçün vəsatət qaldırmışdı.

             Martın 11-də “Media forum” saytına açıqlamasında vəkil Anar Qasımov qeyd edib ki, bu vəsatətlərin geri qaytarılmasından məhkəməyə şikayət edəcək.

            Qeyd edək ki,  martın 9-da Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserinin həkimləri ekspertiza keçiriblər və Cabbar Savalanlının narkotikdən nə fiziki, nə də psixoloji asılılığı və məcburi müalicəyə ehtiyacı olmadığı barədə rəy veriblər.  Bununla belə, sənəddə gəncin narkotikdən istifadə etməsi istisna edilmir.

            Xatırladaq ki,  Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

Previous Post

TƏHSİL NAZİRLİYİ RƏSMİSİ HİCABLA BAĞLI BƏYANATLA ÇIXIŞ EDİB

Next Post

AZƏRBAYCAN İNSAN HAQLARI EVİNİN FƏALİYYƏTİ DAYANDIRILIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.