“AZADLIQ” RADİOSUNUN MÜXBİRİNƏ VERİLMİŞ CƏZANIN MÜDDƏTİ BAŞA ÇATIB

18 yanvar 2009-cu il tarixdə “Azadlıq” radiosunun müxbiri İlqar Nəsibova verilmiş 1 il şərti cəzanın müddəti başa çatıb.

Bunu RATİ-yə Naxçıvan şəhər Məhkəməsinin baş icraçısı Elman Qələndərov bildirib: “10 dekabr 2007-ci il tarixdə Naxçıvan şəhər məhkəməsinin qərarı ilə 1 il şərti cəza almış İlqar Nəsibovun cəzası  18 dekabr 2009-cu il tarixdən etibarən başa çatıb. Nəsibov nizam intizama tabe olub və vaxtı-vaxtında məhkəmədə qeydiyyatdan keçib. Bir il müddətində heç bir hadisə törətməyib”. 
Xatırladaq ki, “Azadlıq” radiosunun müxbiri İlqar Nəsibov 2007-ci il dekabr ayının 6-da Naxçıvan şəhər Polis İdarəsinin  rəisi Səbuhi Novruzovun xüsusi ittihamı əsasında üç ay müddətinə həbs edilmişdi. O, dekabr ayının  10-da Apellyasiya Məhkəməsinin qərarı ilə sərbəst buraxılsa da, həmin gün Naxçıvan şəhər Məhkəməsi tərəfindən Naxçıvan Dövlət Universitetinin rektoru, millət vəkili İsa Həbibbəylinin və həmin universitetin işçiləri Emin Ucar və Nizami Aloyevin, Naxçıvan MR daxili işlər nazirinin qardaşı Əkbər Əhmədovun iddiası əsasında əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 maddəsi (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ilə təqsirli bilinərək 1 il şərti cəza ilə cəzalandırılmışdı.
Previous Post

MÜSAHİBƏSİNDƏ SƏSLƏNDİRDİYİ FİKRƏ GÖRƏ MƏHKƏMƏYƏ VERİLƏN İCTİMAİ BİRLİK SƏDRİNİN İŞİ İCRAATA GÖTÜRÜLDÜ

Next Post

“HUMAN RIGHTS HOUSE” VƏ ƏMƏKDAŞLARI RUSİYADA HÜQUQ MÜDAFİƏÇİSİ VƏ JURNALİSTİN QƏTLƏ YETİRİLMƏSİNDƏN NARAHATLIQ İFADƏ EDİRLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.