Azərbaycanda insan haqları: Avropa Şurasına sədrlikdən səkkiz ay əvvəl

Press Reliz

1 oktyabr, Strasburq

Azərbaycanda prezident seçkiləri ərəfəsində və ölkənin Avropa Şurasının sədrliyinə başlamasına səkkiz ay qalmış Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Azərbaycan hökumətinin mülki və siyasi hüquqları məhdudlaşdırmasından, bununla  da ölkənin Avropa Şurası qarşısındakı öhdəliklərinə əməl olunmasında ciddi uğursuzluğun baş verməsindən narahatlığını ifadə edir.

Özünün “222 saylı Rəy: Azərbaycanın Avropa Şurası qarşısında fundamental azadlıqlarla bağlı götürdüyü öhdəliklərin yerinə yetirilməsi” adlı yeni hesabatında təşkilat Azərbaycanda fundamental ifadə, birləşmə və sərbəst toplaşma azadlıqları ilə bağlı  acınacaqlı durumdan dolayı həyəcan təbili çalır. Hesabat Kopenhagendə yerləşən qeyri-hökumət təşkilatı – Beynəlxalq Mediaya Dəstək (International Media Support və ya IMS) təşkilatının dəstəyi ilə hazırlanıb.

“Səkkiz aydan sonra Azərbaycan Avropanın rəsmi insan hüquqlarını müdafiə qurumuna sədrlik edəcək. Avropa Şurası onun adından kimin danışacağı məsələsinə diqqətlə yanaşmalıdır. Biz demirik ki, Şura Azərbaycanın sədrliyindən imtina etsin, bizim istəyimiz odur ki, o, insan hüquqları ilə bağlı öhdəliklərin icrası məsələsində daha sərt xətt tutsun. Əgər üzv dövlətlər açıq-aşkar pozuntulara rəğmən heç bir məsuliyyət daşımırlarsa, və Avropa Şurasının qaydalarına və müqavilələrinə əməl etmirlərsə, insan hüquqları öz aktuallığını itirir” deyə RATİ sədri və direktoru Emin Hüseynov bildirib.

Azərbaycanın 2001-ci ildə Avropa Şurasına qoşulmasından bəri Azərbaycanda tənqidi fikirləri səsləndirmək üçün məkan getdikcə daha da məhdudlaşır. Hüquq müdafiəçiləri, müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, siyasi müxalifətin üzvləri, fəallar və sadə vətəndaşlar hakim rejimin fundamental hüquqlara və azadlıqlara qarşı təzyiqlərinin qurbanı olublar.

Beləliklə, RATİ Avropa Şurasını, həmçinin ona üzv olan ayrı-ayrı dövlətləri Azərbaycanda insan hüquqları ilə bağlı böhranlı duruma laqeyd yanaşmamağa və ölkədə fundamental insan hüquqları və azadlıqlarının ciddi və davamlı şəkildə pozulmasını pisləməyə çağırır.

Ətraflı məlumat üçün RATİ-nin  “222 saylı Rəy: Azərbaycanın Avropa Şurası qarşısında fundamental azadlıqlarla bağlı götürdüyü öhdəliklərin yerinə yetirilməsi” adlı hesabatını oxuyun.

Əlavə məlumat üçün RATİ-nin (www.irfs.org) və IMS-in (www.i-m-s.dk) saytlarını ziyarət edin.

RATİ sədri Emin Hüseynov ilə müsahibə üçün RATİ-nin mətbuat heyəti ilə info@irfs.org elektron poçtu vasitəsi ilə əlaqə saxlayın.

Previous Post

Pərviz Həşimli prezidentliyə namizədlərə müraciət edib

Next Post

Deputatlar AŞPA-nı Azərbaycanda insan hüquqları durumuna diqqəti artırmağa çağırır

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.