“HÜRRİYYƏT” QƏZETİNİN REDAKTORU OĞLUNUN HƏBSİ İLƏ ƏLAQƏDAR MƏTBUAT KONFRANSI KEÇİRİB

Bu gün (18 noyabr) Azərbaycan Media Mərkəzində “Hürriyyət” qəzetinin redaktoru Süleyman Məmmədli oğlu Altay Məmmədlinin həbsi ilə əlaqədar mətbuat konfransı keçirib. S.Məmmədli 6 oktyabr 2009-cu il tarixdə Milli Ordu sıralarından təxris olunan oğlunun 10 noyabr tarixdə hansısa əsgərin döyülməsi ilə bağlı üzləşmə üçün hərbi hissəyə çağırıldığını, daha sonra isə Ağdam Hərbi məhkəməsində barəsində 2 aylıq həbs qətimkan tədbiri seçildiyini bildirib.

S. Məmmədli hərbi xidmətə getdiyi gündən oğlunun nəzarətə götürüldüyünü vurğuladı. Belə ki, Altay Məmmədov Daxili Qoşunların Keşlə qəsəbəsində yerləşən hərbi hissəsindən geri qaytarılaraq, Milli Ordunun əvvəlcə Beyləqandakı, daha sonra isə Ağcabədi rayonundakı hərbi hissəyə göndərilib. Oğlunun hərbi xidmətdə olduğu zaman dəfələrlə fiziki və mənəvi təzyiqlərə məruz qaldırdığını qeyd edən S. Məmmədli baş verənlərin onun jurnalist fəaliyyəti ilə əlaqədar olduğunu bildirib.
S. Məmmədli bütün baş verənlərlə bağlı dəfələrlə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğluna telefonla məlumat verdiyini, Baş Prokurorluq və Hərbi Prokurorluğa şikayət etdiyini də dedi.
S. Məmmədli onu da qeyd edib ki, bununla bağlı artıq Baş Prokurorluğa, Milli Təhlükəsizlik Nazirliyinə, Hərbi Prokurorluğa və digər qurumlara müraciət edib.
Previous Post

“DİFFAMASİYA VƏ İFADƏ AZADLIĞI” MÖVZUSUNDA KEÇİRİLƏN KONFRANS İŞTİRAKÇILARININ TÖVSİYƏLƏRİ

Next Post

İCRA BAŞÇISININ MÜAVİNİ “GÜNDƏLİK BAKI” QƏZETİNİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.