İDRAK ABBASOVUN SƏHHƏTİ YAXŞILAŞIR

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) araşdırmaçı jurnalisti İdrak Abbasovun səhhəti yaxşılaşmağa doğru gedir.

RATİ-yə  bu barədə məlumatı İ. Abbasov özü verib. O bildirib ki, yaxın günlərdə xəstəxanadan evə buraxılacaq və bir müddətdən sonra həkimlərin ona qoyduğu “kardionevrogiya” diaqınozu ilə əlaqədar yenidən müalicəsini davam etdirəcək.
Xatırladaq ki, İ. Abbasov Naxçıvan MR-də ezamiyyətdə olarkən, fevral ayının 20-də görüş adı ilə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyinə dəvət olunub və orada  psixoloji təzyiqlərə məruz qalıb. Ezamiyyətdən qayıtdıqdan sonra isə, səhhəti pisləşən İ.Abbasov Respublika Klinik Xəstəxanasının kardiologiya şöbəsinə yerləşdirilib.
Previous Post

1 SAYLI İSTİNTAQ TƏCRİDXANASININ NÜMAYƏNDƏSİ KAMERALARIN FOTOŞƏKİLLƏRİNİ MƏHKƏMƏYƏ TƏQDİM EDİB

Next Post

İTV-YƏ QARŞI İDDİA TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.