Tofiq Yaqublu və İlqar Məmmədov həbsdə qaldı

fevral 8th, 2013

Fevralın 8-də Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə isə “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublu barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı Nəsimi rayon məhkəməsinin 04.02.2013-cü il tarixli qərarlarından verilmiş apellyasiya şikayətinə baxılıb.   Tofiq Yaqublu ilə bağlı məhkəmə qərarı  dəyişdirilməyib.

Həmçinin hakim Faiq Qasımovun sədrliyi ilə keçən prosesdə REAL Hərəkatının sədri, Avropa Şurasının Bakı Siyasi Biliklər Məktəbinin rəhbəri İlqar Məmmədov barəsindəki eyni qərar da qüvvədə saxlanılıb.

Xatırladaq ki, hər iki şəxs yanvarın 24-də İsmayıllı rayonunda baş vermiş hadisələr zamanı sakinlər arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlmağa çağırışlar etməkdə təqsirləndirilərək, Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunurlar.