MƏHBUS JURNALİST ONUNLA BAĞLI BAŞLANAN MƏHKƏMƏ PROSESİNƏ GÖRƏ BAKI İSTİNTAQ TƏCRİDXANASINA KÖÇÜRÜLÜ

“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru, məhbus jurnalist  Eynulla Fətullayev  1 saylı cəzaçəkmə müəssisəsindən Kürdəxanı qəsəbəsində yerləşən  Bakı  İstintaq Təcridxanasına onunla bağlı başlanan məhkəmə prosesləri ilə əlaqədar köçürülüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun vəkili Anar Qasımov məlumat verib. Onun sözlərinə görə,  E.Fətullayev məhz bu gün (18 aprel) 1 saylı Bakı İnzibati – İqtisadi  Məhkəməsində Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətinə qarşı qaldırdığı şikayətə əsasən İstintaq Təcridxanasına köçürülüb.
Qeyd edək ki, öncədən ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət etməsinə baxmayaraq E.Fətullayev həyatı üçün təhlükə gözlənilən 1 saylı cəzaçəkmə müəssisəsinə köçürülmüşdü. Şəxsi təhlükəsizliyini təmin etmək üçün məhbus jurnalist könüllü şəkildə 1 aya qədər zirzəmində yerləşən rütubətli cərimə kamerasında (karser) qalmışdı. Onun, vəkillərinin və hüquq müdafiəçilərinin müraciətlərinə baxmayaraq jurnalist həyatı üçün təhlükə gözlənilməyən hüquq mühafizə orqanlarının keçmiş əməkdaşlarının saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsini xahiş etmişdi.   

Xatırladaq ki,   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.

Habelə   Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822  avro məbləğində təzminat ödəməlidir.  Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib.
 

Previous Post

GƏNC FƏAL 13 GÜNDÜR Kİ QANUNSUZ HƏBDƏ SAXLANILIR

Next Post

MÜXALİFƏTİN “SAHİL” BAĞINDA KEÇİRMƏK İSTƏDİYİ MİTİNQİN QARŞISI ZORAKILIQLA ALINDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.