AVROPA BİRLİYİ AZƏRBAYCANDA MƏTBUATIN VƏZİYYƏTİNİ DİQQƏTDƏ SAXLAYIR

Dünən (22 may) “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov Fransanın Bakıdakı səfirliyində Avropa İttifaqı ölkələrinin Azərbaycandakı diplomatik missiyalarının rəhbərləri ilə görüşüb.

Bu barədə RATİ-yə Əhmədovun özü məlumat verib. Onun sözlərinə görə, görüşdə seçkiqabağı vəziyyət və mətbuat azadlığı ilə bağlı məsələlər müzakirə olunub. Direktor əlavə edib ki, həmin gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Sembnebenin baş məsləhətçisi Klaire Delessard “Azadlıq” qəzetinin redaksiyasına baş çəkib və adıçəkilən məsələlər bu görüşdə də müzakirə predmeti olub.

Previous Post

“AZADLIQ” QƏZETİNƏ QARŞI GÖZLƏNİLƏN İDDİA QALDIRILDI

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.