Həbsdə olan jurnalist Fuad Hüseynov hospitala yerləşdirilib

Penitensiar Xidmətin 12 saylı  Cəza Çəkmə Müəssisəsində cəza çəkən məhkum jurnalist Fuad Hüseynov bir müddət əvvəl müəssisənin cərimə təcridxanasına salınıb. Onun ora salınmasının səbəbləri məlum deyil. Anası Süsanə Hüseynovanın verdiyi məlumata görə jurnalisti cərimə təcridxanasına salındığı zaman ondan heç bir izahatda alınmayıb. Lakin ötən həftənin 5-ci günü oktyabrın 18 – i jurnalist Fuad Hüseynov anası Süsanə xanımla  ilə əlaqə yaradaraq bildirib ki, hospitala yerləşdirilib. Anasının sözlərinə görə onun əvvəllər aclıq elan etdiyi üçün orqanizmində bəzi problemləri vardır. Ancaq indi problemlərinin nə olduğu məlum deyil. Anası Süsanə xanım oğlunun günahsız yerə tutulduğunu bildirib.

Xatırladaq ki, jurnalist Fuad Hüseynov Cinayət Məcəlləsinin (CM) 221.3 maddəsi  (Xuliqanlıq –   silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə təqsirli bilinərək, Ucar rayon Məhkəməsinin 26 sentyabr 2011-ci il tarixli hökmü ilə 6 il 6 ay  müddətində azadlıqdan məhrum edilib. Bir çox hüquq mühafizə təşkilatları onun qanunsuz ittihamlarla tutulduğunu bəyan etməklə onu siyasi məhbus olaraq tanımışdır. Hal-hazırda o Penitensiar Xidmətin  12 saylı Cəza çəkmə Müəssisəsində saxlanılır.

Previous Post

“Azadlıq” qəzetinin bank hesabına həbs qoyulub

Next Post

Jurnalistlər məhkəmədə müşahidə aparan zaman təzyiqə məruz qalıb

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.