JURNALİST MÜŞFİQ HÜSEYNOVUN ADI AŞPA-NIN SİYASİ MƏHBUSLAR SİYAHISINDADIR

“Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynovun adı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) xəstə siyasi məhbuslar siyahısına daxil edilib.

“Bizim yol” qəzetinin bu günkü sayında verilən məlumata görə bunu jurnalistlərlə söhbətində AŞPA-nın yay sessiyasından qayıdan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Hüquq müdafiəçisi Hüseynovun həbsində siyasi motivlərin olduğunu və buna görə də onun adının siyahıya salındığını vurğulayıb.
Xatırladaq ki, Müşfiq Hüseynov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hakimi Camal Ramazanovun 21 yanvar 2008-ci il tarixdə çıxardığı qərarla  6 il müddətinə azadlıqdan və 2 il müddətinə isə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmişdi.  Apellyasiya Məhkəməsi  isə yalnız jurnalistə verilən 6 il cəzanı 5 illə əvəz edib.
Hüseynov vərəm xəstəliyindən əziyyət çəkir, onun öhdəsində iki azyaşlı uşaq var.  

Previous Post

AŞPA PREZİDENTİ AVROPA ŞURASINA ÜZV ÖLKƏDƏ JURNALİSTLƏRİN HƏBSİNİN YOLVERİLMƏZ OLDUĞUNU BİLDİRİB

Next Post

MİRZƏ SAKİTƏ MƏXSUS DƏRMANLARI ONA VERMİRLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.