MİRZƏ SAKİTƏ MƏXSUS DƏRMANLARI ONA VERMİRLƏR

“Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı, satirik jurnalist Mirzə Sakitə dərmanları vaxtında qəbul etməyə imkan vermirlər.

Onun ABŞ-dan göndərilən dərmanları qəbul etməsi süni olaraq həbsxana rəhbərliyi tərəfindən yubadılır. Bu haqda RATİ-yə məlumatı bu gün (02 iyun) jurnalistlə görüşən  həyat yoldaşı Rəna Zahidova verib.

“Sakitin vəziyyəti yaxşı deyil. Onun ayaqlarında və ürəyində ağrılar var. Türmə rəisindən narazıdır. Özünün Xələcdə yerləşən Cəzaçəkmə Müəssisəsinə köçürülməsi üçün Ədliyyə naziri Fikrət Məmmədova, İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudova, Prezident Aparatına, Ombudsmana, Milli Məclisə, Milli Təhlükəsizlik Nazirliyinə müraciət yazsa da, dəfələrlə bu müraciət rəhbərlik tərəfindən alınaraq cırılıb. Sakit bu müraciətlə canını rəisdən qurtarmaq istəyir. Çünki rəis onun cəzasının uzadılması üçün əlindən gələni edir. Bu isə yəqin ki, ona yuxarılardan tapşırılıb” – deyə Zahidova vurğulayıb.
Zahidovanın sözlərinə görə Sakit üçün aparılan qəzetlər də ona verilmir.

Previous Post

JURNALİST MÜŞFİQ HÜSEYNOVUN ADI AŞPA-NIN SİYASİ MƏHBUSLAR SİYAHISINDADIR

Next Post

“MOSCOW TİMES” QƏZETİNİN REDAKTORU AZƏRBAYCANDA QARƏT OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.