Azərbaycanda builki Beynəlxalq Mətbuat Günündə cəzasızlıq mühiti, diffamasiya haqqında qanun layihəsi və onlayn azadlıqlar gündəmdədir

BAKI, 1 May – Azərbaycanda builki Beynəlxalq Mətbuat Günü konfransında mətbuat azadlığı ilə bağlı olan bir çox aktual məsələlər- jurnalistlərin təhlükəsizliyi, ifadə azadlığına qarşı törədilmiş cinayətlərə görə cəzasızlığa qarşı mübarizə, və onlayn təhlükəsizliyin əsas şərti kimi internetin açıqlığının və azadlığının təmin olunması müzakirə olunacaq.

Bütün media nümayəndələrini 2 may saat 09:45-də Excelsior otelinin Afurca zalında başlayacaq plenar sessiyaya dəvət edirik.

Tədbirin açılış sessiyasında iştirak edəcək çıxışçılar:

Səfir Koray Targay, ATƏT-in Bakı Ofisinin rəhbəri

Səfir Riçard L. Morninqstar, ABŞ-ın Azərbaycandakı səfiri

Səfir Roland Kobia, Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri

Vətəndaş cəmiyyəti, elmi dairələr və hökumətin tanınmış nümayəndələrinin iştirak edəcəyi və medianın mövcud problemlərini müzakirə edəcək konfrans media azadlığı sahəsində fəaliyyət göstərən təşkilatlar- Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ), Beynəlxalq Mediaya Dəstək (IMS), IREX və Media Hüququ İnstitutu tərəfindən təşkil olunur. Tədbir ATƏT-in Bakı Ofisinin dəstəyi ilə keçiriləcək.

Əlavə məlumat üçün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Günay İsmayılova ilə gunay@irfs.org elektron poçtu vasitəsilə əlaqə saxlayın

Previous Post

Baş Prokuror Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə dəyişiklik edilməsi barədə Milli Məclisə layihə verib

Next Post

Hilal Məmmədovun işi üzrə qapalı məhkəmə prosesi davam edir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.