MƏTBUAT ŞURASI YENİ LAYİHƏ HƏYATA KEÇİRİR

Mətbuat Şurası (MŞ) jurnalistlərin peşə səviyyəsini qiymətləndirmək, peşə standartlarına əməl edən və ya onu pozan KİV nümayəndələrini müəyyən etmək məqsədi ilə "Azərbaycan mətbuatında peşə etikası prinsiplərinin gözlənilməsi" adlı yeni layihə həyata keçirəcək.

Bu barədə MŞ-nın sədri Əflatun Amaşov, layihə ilə bağlı bu gün (13 fevral) keçirilən mətbuat konfransında məlumat verib. Şura sədri bildirib ki, bu ilin fevral ayının 1-dən etibarən həyata keçirilən layihə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşir. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən 57 qəzet və bir neçə internet nəşrini əhatə edən bu layihə, KİV əməkdaşlarının etik və qanunvericilik normalarına nə dərəcədə əmələ edib-etmədikləri izləməyə imkan verəcək.  Ə. Amaşov  sonda onu da bildirib ki, adıçəkilən layihə bundan əvvəl beş jurnalist təşkilatından ("Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Demokratik Jurnalistlər Liqası, "Ruh" Jurnalistləri Midafiə Komitəsi)   ibarət koalisiya tərəfindən həyata keçirilib.
Previous Post

“İNAM ” PLÜRALİZM MƏRKƏZİ HESABAT AÇIQLAYIB

Next Post

VƏKİLİ MİRZƏ SAKİTƏ BAŞ ÇƏKİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.