Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu daha 3 jurnalistin Azərbaycan Cinayət Məcəlləsinin böhtan və təhqirə görə cinayət cəzası nəzərdə tutan maddələrinə əsasən məhkum edilmələrindən dərin narahatlıq keçirir və bu hadisəni qətiyyətlə pisləyir.
Belə ki, 2009-cu il 22 iyul tarixində – Azərbaycan Milli Mətbuat Günündə – “Nota” qəzetinin baş redaktor əvəzi Sərdar Əlibəyli və qəzetin yazarı Fərəməz Allahverdiyevi Cinayət Məcəlləsinin böhtan (maddə 147) və təhqir (maddə 148) ittihamına görə Nizami rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmışdılar. Lakin o zaman məhkəmə qərarı dərhal qüvvəyə minməmişdir və bu qərarla bağlı jurnalistlər apelyasiya şikayəti vermişdirlər. Bu gün isə Apellyasiya Məhkəməsi jurnalistlərin apellyasiya şikayətini rədd edib və ilkin məhkəmə instansiyasının qərarını dərhal icraya yönəldib. Jurnalistlərin məhkəmə zalındaca qandallanaraq həbsxanaya göndərdilər. Məhkəmə həmçinin qəzetin başqa bir yazarı olan Ramiz Tağıyevi isə 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.
Qeyd edək ki, “Azadlıq Hərəkatçıları Birliyi”nin (AHB) sədri Təhmasib Novruzovun “Nota” qəzetində 05 aprel 2009-cu il tarixli sayında dərc olunan “Şərəfi tapdanmış, ləyaqəti alçalmış Təhmasib Novruzovdan üzrxahlıq yazısı” başlıqlı məqaləyə görə cavabdeh saydığı 3 yazarın CM-nin 147.2 və 148-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında cəzalandırılmasını tələb etmişdi.
RATİ Azərbaycan hökumətini defamasiyaya görə cinayət təqibini dayandırmağı və qanunvericilikdən çıxarmağa çağırır, RATİ həmçinin Azərbaycan hökumətini defamasiyaya görə və saxta ittihamlarla siyasi sifariş əsasında həbs olunmuş digər jurnalistlərin də dərhal azadlığa buraxmağa çağırır.
RATİ Azərbaycan hökumətini defamasiyaya görə cinayət təqibini dayandırmağı və qanunvericilikdən çıxarmağa çağırır, RATİ həmçinin Azərbaycan hökumətini defamasiyaya görə və saxta ittihamlarla siyasi sifariş əsasında həbs olunmuş digər jurnalistlərin də dərhal azadlığa buraxmağa çağırır.