Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Naxçıvan Muxtar Respublikası “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi”nin əməkdaşlarının fiziki təzyiqə məruz qalmasını pisləyir.
Belə ki, dünən (15 dekabr) Naxçıvan Muxtar Respublikası “Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzi”nin əməkdaşları Naxçıvan Dövlət Universitetinin bir qrup müəllim və tələbəsi tərəfindən döyülüb. Nəticədə Mərkəzin əməkdaşları İlqar Nəsibov və Vəfadar Eyvazov ciddi bədən xəsarəti alıblar. “Korrupsiyaya qarşı mübarizə – Naxçıvan Muxtar Respublika ali məktəblərində anti-korrupsiya mexanizminin tətbiqi” layihəsi çərçivəsində tələbə və müəllimlər arasında sorğu keçirmək istəyən əməkdaşları Universitet rəhbərliyi və bədən tərbiyəsi fakültəsinin onlarla tələbəsi təhqir edib, onlardan ərazini tərk etməyi tələb ediblər. Daha sonra isə İ.Nəsibovun yaşadığı binanın qarşısında qəfildən həmin adamlar onlara hücum edərək, onları yerə yıxıb təpikləyiblər. Nəticədə hər ikisi xəsarət alıblar. Həmçinin hadisə yerinə gələn RATİ-nin Naxçıvandakı bölgə müxbiri Elman Abbasova qarşı nalayiq söyüşlər və hədələr söylənilib.
RATİ bildirir ki, bu hadisə Naxçıvandakı insan haqları və söz azadlığı sahəsindəki bərbad vəziyyətin bariz nümunəsidir.
RATİ xatırladır ki, Naxçıvanda vətəndaş cəmiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinə qarşı dəfələrlə istər fiziki, istərsə mənəvi təzyiqlər olmuşdur və bu əməlləri törədənlər bütün hallarda cəzasız qalmışlar.
RATİ Naxçıvan MR rəhbərliyini insan haqlarına və söz azadlığına hörmətlə yanaşmağa, vətəndaş cəmiyyətinin nümayəndələrinə və jurnalistlərə qarşı təzyiqlərə son qoymağa, bu əməlləri sifariş edən və törədən şəxsləri cəzalandırmağa çağırır.