REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Prezident İlham Əliyevin bəzi qanunvericilik aktlarına  əlavələr və dəyişikliklərin edilməsini nəzərdə tutan qanunun icrasını təmin etmək məqsədilə fərmanın imzalanmasından ciddi surətdə narahatlığını bildirir.

Əliyev 25 dekabr 2009-cu ildə “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 2009-cu il 30 iyun tarixli 842-IIIQD nömrəli Qanunun tətbiqi ilə əlaqədar bəzi fərmanlara dəyişikliklər və əlavələr edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, qeydə alınmayan qrantın verilməsi və ya alınması haqqında müqavilələr (qərarlar) üzrə əməliyyatlar keçirilə bilməz.
 
RATİ  bu cür müddəanın qanunvericiliyə daxil edilməsini QHT-lərin fəaliyyətini məhdudlaşdırmaq məqsədi güdən dəyişiklik kimi qiymətləndirir. Belə ki, bundan əvvəlki qaydalara görə alınmış qrant barədə Ədliyyə Nazirliyini sadəcə xəbərdar etmək lazım idisə, bu dəyişiklikdən sonra alınmış qrantdan istifadə etmək üçün faktiki olaraq Nazirliyin icazəsi də alınmalıdır. Faktiki olaraq, QHT-lərin fəaliyyət göstərmələri üçün tələb olunan maliyyə yardımından məhrum edilməsi üçün hüquqi imkan yaradılıb. Digər narahatedici məqam ondan ibarətdir ki, qrantın qeydiyyata alınmasından imtinanın hansı nəticələrə səbəb olması barədə fərmanda heç bir müddəa öz əksini tapmayıb.
 
RATİ  Azərbaycan hakimiyyətindən QHT-lərin fəaliyyətini məhdudlaşdırmağa yönələn addımlar atmaqdan çəkinməyi tələb edir. RATİ tələb edir ki, verilmiş fərmanda nəzərdə tutulan narahatedici müddəalar ləğv edilsin.
 
RATİ  beynəlxalq ictimaiyyəti bu məsələyə diqqət yetirməyə və Azərbaycan hakimiyyətini bu cür addımlara görə qınamağa çağırır.
Previous Post

EYNULLA FƏTULLAYEVİN CƏZASININ ÜÇ İL DƏ ARTIRILACAĞI GÖZLƏNİLİR

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published.

Start typing to see posts you are looking for.