Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Media Hüququ İnstitutunun (MHİ) əməkdaşı – vəkil Elçin Sadıqovun Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağırılmasını pisləyir və bunu hüquq müdafiəçisinə qarşı təzyiq kimi qiymətləndirir.
Belə ki, dünən (01 aprel) Elçin Sadıqov Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağırılıb və ondan vəkili olduğu “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin açıqlamaları ilə bağlı izahat almaq istəyiblər. E.Sadıqov vəkillərin peşə fəaliyyətləri ilə bağlı dindirilməsinin qanunvericiliyə zidd olduğunu bildirərək, izahat verməkdən imtina edib.
RATİ xatırladır ki, 2 həftə əvvəl “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev, Ədalət Partiyası sədrinin müavini, jurnalist Elxan Şükürlü, “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov və “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğlu da Eynulla Fətullayevin “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı açıqlamalarına görə MTN-ə çağırılmış və onlardan bununla bağlı izahat alınmışdı. Həmçinin MTN-ə çağırılan bəzi jurnalistlərə Elmar Hüseynovun qətli ilə bağlı Eynulla Fətullayevin açıqlamalarını yaymamaq barədə xəbərdarlıq edilmişdi.
RATİ hesab edir ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı açıqlamalara görə media nümayəndələri ilə yanaşı vəkil Elçin Sadıqovun da MTN-ə çağırılması ictimaiyyətin gözünü qorxutmaq məqsədi daşıyır. Hakimiyyət bu yolla Elmar Hüseynovun qətlini araşdıranlarda xof yaradaraq, bu qətlin hələ də açılmamasını ictimaiyyətin diqqətindən yayındırmağa çalışır.
RATİ Azərbaycan Milli Təhlükəsizlik Nazirliyini bu təzyiqlərə son qoymağa, həmçinin Elmar Hüseynovun qətlinin istintaqını maksimum şəffaf və ədalət aparmağa çağırır.
RATİ beynəlxalq təşkilatları məsələyə reaksiya verməyə və belə hallara son qoyulmasını Azərbaycan hökumətindən tələb etməyə çağırır.