JURNALİSTLƏRİN POLİSƏ QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Bu gün (02 aprel) Səbail rayon Məhkəməsində hakim Kəmalə Əmirxanovanın sədrliyi ilə bir qrup jurnalistin -Elçin Həsənov, Əfqan Muxtarlı, Natiq Ədilovun Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə  prosesində iddiaçılardan E. Həsənov iştirak edirdi. Qarşı tərəfin nümayəndəsi prosesdə iştirak etmirdi.
Hakim iddianın təmin edilməməsi ilə bağlı qərarı elan etdi.
Xatırladaq ki, adıçəkilən jurnalistlər 10 may 2009-cu ildə Səbail RPİ-nin 39-cu polis bölməsinin qarşısında fiziki təzyiqə məruz qalıb. Onlar Azərbaycan Dövlət Neft Akademiyasındakı silahlı basqında həlak olanlarla bağlı mətəm elan olunmamağına və “Gül bayramı”na etiraz edən bir qrup gəncin saxlanılması ilə bağlı məlumat əldə etmək üçün  39-cu polis bölməsinin qarşısında olarkən polislər tərəfindən döyülüblər.  Jurnalistlər  polisin hərəkətinin qanunsuz  hesab edilməsi xahişi ilə məhkəməyə müraciət ediblər.

Previous Post

“HAKİMLƏRİN MÜSTƏQİLLİYİ – HÜQUQİ DÖVLƏTİN ƏSASIDIR” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.