AKSİYADA JURNALİSTLƏRƏ PEŞƏ FƏALİYYƏTİNİ YERİNƏ YETİRMƏYƏ İMKAN VERİLMƏYİB

Bu gün (14 aprel) Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında keçirməyə cəhd göstərdiyi piket zamanı, polis jurnalistlərə peşə fəaliyyətini yerinə yetirməyə mane olub.

Belə ki, polis zabitlərinin əmri ilə hərəkət edən mülki geyimli, idmançı cüssəli gənclər aksiya iştirakçılarını həbs edərək onları Bakı Metropolitenin “İçərişəhər” stansiyasının arxasındakı marşrut avtobuslarına mindirərək hadisə yerindən uzaqlaşdırırdılar. Piketdən reportaj hazırlayan və bu prosesi foto-video lentə almaq istəyən bütün jurnalistlərin qarşısı həmin mülki geyimli şəxslər tərəfindən alınıb. Onlar jurnalistləri itələyərək ərazidən uzaqlaşdırıblar.
Qeyd edək ki, Müsavat Partiyasının təxminən 27 fəalı da həbs edilib.
Piketin qarşısı alınandan sonra hadisə yerində olan Bakı şəhər Polis İdarəsinin rəis müavini, polis general-mayoru Yaşar Əliyevin jurnalistlərə verdiyi məlumata görə, polisin əmrinə tabe olmadığına görə 6-7 nəfər saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə aparılıblar. O, jurnalistlərin sualına cavab olaraq bildirib ki, insanları həbs edən və jurnalistlərin peşə fəaliyyətinə mane olan mülki geyimli şəxsləri tanımır.
“Dediyiniz adamlar polis deyil. Onlar hansısa jurnalistə maneçilik törədiblərsə, bu barədə  müraciət edin, lazımı ölçü götürək”, – deyə Yaşar Əliyev  vurğuladı.
Xatırladaq ki, Müsavat partiyası sərbəst toplaşmaq azadlığının təmin edilməsi tələbi ilə aksiya keçirmək istəyirdi. Lakin BŞİH bu aksiyaya icazə verməmişdi.
 
Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN “AZƏRİQAZ”A QARŞI İDDİASINA BAXILIB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.