RATİ-NİN MƏDƏNİYYƏT TELEKANALINI AÇILMASI İLƏ BAĞLI ELAN EDİLMİŞ MÜSABİQƏNİN YEKUNLARINA DAİR BƏYANA

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Milli Televiziya və Radio Şurasının 06 sentyabr tarixli qərarı ilə “Mədəniyyət” kanalının açılması ilə bağlı təkrar elan etdiyi müsabiqəsinin yeganə iştirakçısı olmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətini qalib elan edilməsini qətiyyətlə pisləyir.

Belə ki, MTRŞ 30 iyul 2010-cu il tarixli qərarı ilə ixtisaslaşdırılmış televiziya kanalının (“Mədəniyyət” televiziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində  televiziya üzrə 44-cü tezlik resursuna 04 avqust  2010-cu il tarixdən 04 sentyabr 2010-cu il tarixədək müsabiqə elan edilmiş, müsabiqədə iddiaçıların sayı 3-dən az olduğuna görə suranın 06 sentyabr 2010-cu il tarixli qərarına əsasən müsabiqə baş tutmamış hesab edilmişdir.  Amma MTRŞ 06 sentyabr tarixli qərarı ilə 07 sentyabr 2010-cu il tarixdən 07 oktyabr 2010-cu il tarixədək yenidən müsabiqə elan edilmişdir. Müsabiqədə yalnız bir iddiaçı – Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti iştirak etmişdir. Şura "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15.5-ci  və "Teleradio yayımı sahəsində xüsusi razılıq (lisenziya) üçün keçirilən müsabiqənin Qaydaları"nın 2.1.10-cu (İkinci dəfə elan edilmiş müsabiqədə iddiaçıların sayı 3-dən az olarsa şura iddiaçıya televiziya və radio yayımı üçün xüsusi razılıq (lisenziya) vermək səlahiyyətinə malikdir (MTRŞ-nın 27 aprel 2007-ci il tarixli  iclas qərarı ilə Qaydalara 2.1.10-cu bənd əlavə edilmişdir) bəndinin əsas götürərək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətini  müsabiqənin qalibi elan etmişdir
Xatırladaq ki, 18 iyul 2008-ci il tarixində də Milli Televiziya və Radio Şurası (MTRŞ) “Azərbaycan Televiziya və Radio Verilişləri Redaksiyası”-nı  (AzTV-də adlandırılır) “İdman” telekanalının açılması üçün elan edilmiş müsabiqənin qalibi olduğunu bəyan etmişdi.
RATİ qeyd edir ki, AzTV-nin 4 ildir ki, Qapalı Səhmdar Cəmiyyət olmasına baxmayaraq səhmlərin hamısı dövlətə məxsusdur. Bundan əlavə RATİ qeyd edir ki, Cəmiyyətin sədri və hətta sədr müavinləri prezidentin sərəncamı ilə təyin olunurlar. AzTV-nin indiki sədri Arif Alışanov və onun müavini Vaqif Ağayev prezidentin 16 avqust 2006-cı il sərəncamı ilə bu vəzifələrə təyin olunublar. Bu baxımdan  RATİ dövlət büdcəsindən maliyyələşən və faktiki hökumətə məxsus telekanalın genişlənməsini yolverilməz olduğunu bildirir.
Habelə RATİ xatırladır ki,  Avropa Şurası Azərbaycanın öhdəliklərindən biri kimi AzTV-nin ləğv edilməsinin olduğunu bildir. Təəssüf ki, indiyə qədər bu öhdəlik yerinə
yetirilməyib. MRTŞ AzTV-yə  2008-ci ildə “İdman”, 2010-cu ildə isə “Mədəniyyət” telekanalı açmaq icazəsini verən qərar qəbul etməklə əslində üç dövlət telekanalı yarandı.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq RATİ Azərbaycan hakimiyyətini, xüsusən MTRŞ-nı müsabiqənin nəticələrini ləğv etməyə və yeni tender elan etməyə çağırır. RATİ yerli və beynəlxalq ictimaiyyəti hakimiyyətə və MTRŞ-yə oxşar müraciətlər etməyə və Azərbaycanın nəinki öz öhdəliklərinə əməl etmədyi, hətta müəyyən inkişafın olduğu sahələrdə geriləmələrin olduğu vəziyyətdə zəruri sanksiyalar tətbiq etməyə çağırır.
Previous Post

“HUMAN RİGHTS WATCH” AZƏRBAYCANDA SÖZ VƏ MƏTBUATIN DURUMU İLƏ BAĞLI HESABAT AÇIQLAYIB

Next Post

RATİ-NİN “LİDER” TV-NİN QARAYAXMA MƏQSƏDİLƏ YAYDIĞI PORNOQRAFİK GÖRÜTÜLƏRƏ DAİR BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.