RATİ-NİN “LİDER” TV-NİN QARAYAXMA MƏQSƏDİLƏ YAYDIĞI PORNOQRAFİK GÖRÜTÜLƏRƏ DAİR BƏYANATI

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Azadlıq” qəzetinin keçmiş direktoru Azər Əhmədova qarşı həyata keçirilən “qara piar” təxribatından ciddi narahatçılıq hissi keçirir.

 RATİ A.Əhmədov barədə gizlin şəkildə çəkilmiş pornoqrafik xarakterli görüntülərin oktyabrın 25-də gündüz saatlarında bir neçə dəfə “Lider” TV-də “reklam” edilməsi və saat 19.00-da adı çəkilən telekanalın xəbərlər proqramında nümayiş etdirilməsini qətiyyətlə pisləyir.
Qeyd edək ki,  çirkin yolla media nümayəndəsinin şəxsi həyatına müdaxilə edib, etik normaları gözləmədən onun barəsində qeyri qanuni və gizlin yolla çəkilən video görüntüləri yaymaq qəti yolverilməzdir. Çünki  pornoqrafik xarakter daşıyan görüntüləri  azyaşlı uşaqlar tərəfindən izlənilə  biləcəyini də tam mümkün idi. RATİ bu əmələ görə,  Azərbaycan hökumətini, xüsusilə də Milli Televiziya və Radio Şurasını “Lider” TV haqqında ciddi ölçü götürməyə çağırır.
Həm də RATİ hesab edir ki,  bu cur hallar parlament seçkiləri dövrünü yaşayan Azərbaycanda yalnız tənqidçi mövqedə duran “Azadlıq” qəzetinə qarşı yox, ümumilikdə vətəndaş cəmiyyətinə və xüsusilə söz azadlığına qarşı istifadə edilir.
Xatırladaq ki,  oktyabrın 12-də sosial şəbəkələrdə Azər Əhmədovu bədnam edən pornoqrafik xarakterli video görüntü yerləşdirilmişi. Cəmiyyətin etirazlarından sonra həmin görüntülər sosial şəbəkələrdən silindi. 
RATİ hesab edir ki, bu video görüntü Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına, habelə beynəlxalq aktlara zidd olaraq insanın şəxsi həyatına müdaxilədir. Habelə RATİ hesab edir ki, bu kampaniyanın həyata keçirilməsində hüquq mühafizə orqanlarından istifadə olunub.
Bu səbəbdən də RATİ Azərbaycan hökumətini şəxsin həyatına müdaxilə edən və gizlin şəkildə aparılmış video görüntülərin ərsəyə gəlməsi və bu video görüntülərin sosial şəbəkələrdə və  “Lider” TV-də  yer almasında rol oynamış, habelə Lider TV-nin bu pornqrafik görüntüləri efirə verən məsul şəxslərin  cinayət məsuliyyətinə  cəlb etməyə çağırır.  
Previous Post

RATİ-NİN MƏDƏNİYYƏT TELEKANALINI AÇILMASI İLƏ BAĞLI ELAN EDİLMİŞ MÜSABİQƏNİN YEKUNLARINA DAİR BƏYANA

Next Post

RATİ-NİN EYNULLA FƏTULLAYEVİN DƏRHAL HƏBSDƏN AZAD EDİLMƏSİ İLƏ BAĞLI BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.