“Hüquq Müdafiəçiləri ilə Görüş” adlı sərgi -yarmarka keçirilib

sergier

Dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları Günüdür. Bu gün münasibəti ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Park İnn otelində “Hüquq Müdafiəçiləri ilə Görüş” adlı sərgi -yarmarka keçirib. ABŞ-ın Azərbaycandakı Səfirliyi və Danimarkanın “Beynəlxalq Mediaya Dəstək” təşkilatı ilə əməkdaşlıq şəraitində təşkil olunan tədbir ölkədə insan hüquqları ilə bağlı problemlərə həsr olunib.Görüşdə tanınmış hüquq müdafiəçiləri, ATƏT və Avropa Birliyinin Bakı ofisinin nümayəndələri, İngiltərənin Azərbaycandakı səfiri də iştirak edib.

Maarifləndirici sərgi-yarmarkanın keçirilməsində məqsəd beynəlxalq ictimaiyyət (donorlar), media və vətəndaş cəmiyyətinin maraqlı tərəfləri ilə Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiəçiləri arasında yeni əlaqələr yaratmaq, əməkdaşlığı genişləndirməkdir. RATİ sədri Emin Hüseynov qeyri-rəsmi formatda keçən görüşün əlaqələrin yaranmasında və möhkəmlənməsində əhəmiyyətli rol oynadığını  bildirib. Çıxış edən qonaqlar Beynəlxalq İnsan Hüquqları Günündə əsas insan hüquq və azadlıqlarının qorunması üçün səylərin birləşdirilməsinin vacibliyinə diqqət çəkiblər. 

“Hüquq Müdafiəçiləri ilə Görüş” zamanı hüquq müdafiə qurumları işlərini tanıtmaq və mümkün donorlarla görüşmək imkanından yararlanıblar. Onların hazırladıqları ictimai məlumatlandırma materiallar və insan hüquqları ilə bağlı nəşrlər sərgilənib. İki saatlıq yarmarka müddətində iştirakçılar insan hüquqları ilə bağlı müxtəlif maarifləndirici materiallarla tanış ola, onları əldə edə biliblər.

Qeyd edək ki, İnsan Hüquqları Günü 1948-ci ildən BMT Baş Assembleyasında “İnsan Hüquqları üzrə Ümumi Bəyannamə”nin qəbul olunduğu gün – dekabrın 10-da beynəlxalq səviyyədə qeyd olunur.

Previous Post

“Yeni Cümhuriyyət” qəzeti QHT-lərə Dəstək Şurasını tənqid etdiyinə görə ölümlə hədələnib

Next Post

Pərviz Həşimli özünə qəsd etmək istəyib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.