AZƏRBAYCANDA İNTERNET TARİFLƏRİ ENDİRİLİB

Dünən (31 avqust) Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İnternet üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçirilib.

“APA-ECONOMİCS”in verdiyi xəbərə görə, iclasda ölkədə mövcud internet tariflərinin sentyabrın 1-dən etibarən orta hesabla 130 manatdan 60 manatadək endirilməsi qərara alınıb. Bununla yanaşı, iclasda ölkənin aparıcı internet provayderi olan «Delta Telecom» şirkəti sabahdan oktyabrın 1-dək 1 MBt/saniyə sürəti üçün tarifin 275 manatdan 110 manatadək endirilməsinə dair qərar qəbul olunub.
Previous Post

MTN RƏSMİSİ “EUROVİSİON-2009” QALMAQALINA MÜNASİBƏT BİLDİRİB

Next Post

MAHAL İSMAYILOĞLUNUN APELLYASİYA ŞİKAYƏTİ ÜZRƏ PROSES TƏXİRƏ SALINIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.