İNTİQAM ƏLİYEVİN VƏKİLLƏR KOLLEGİYASINA QARŞI İDDİASI TƏMİN EDİLMƏDİ

Dünən (11 avqust) Nəsimi rayon məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyevin Vəkillər Kollegiyasına qarşı Vəkillər Kollegiyasının (VK) üzvlüyünə qəbuldan imtinanın qanunsuz sayılması, VK-nın isə İ.Əliyevə qarşı işgüzar nüfuzun müdafiəsinə dair qarşılıqlı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Proses tərəflərin çıxışı ilə davam etdirilib. İntiqam Əliyevin “Məni nəyə görə Vəkillər Kollegiyasına qəbul etmirsiniz” sualına VK-nın təmsilçisi Məzahir Sadıqov “VK-nın Rəyasət Heyətinin iclası kimi rəsmi bir yerdə ayağını ayağı üstündə aşırıb oturan, VK-nın təsis yığıncağının etibarsızlığı ilə bağlı məhkəmələrdə iddia qaldıran, qəzetlərdə VK-nın rəhbərliyi, üzvləri barəsində tənqidi yazılar yazan, onların işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyən adamın bu quruma üzv olmaq üçün mənəvi haqqı yoxdur” cavabını verdi.
Hakim müşavirədən sonra İ.Əliyevin VK-ya qəbuldan imtinanın qanunsuz sayılması barədə tələbini rədd edib. Həmçinin tərəflərin bir-birlərinə qarşı kompensasiya tələbləri də təmin olunmayıb.
İntiqam Əliyev Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna bildirib ki, sifarişli verilmiş bu qərarla razı olmadığına görə, apellyasiya şikayəti verəcək.

Previous Post

PƏRVİZ ƏZİMOVUN MƏHKƏMƏSİNDƏ TƏRƏFLƏRİN İZAHATLARI DİNLƏNİLİB

Next Post

APELLYASİYA MƏHKƏMƏSİ BLOQÇULARIN ŞİKAYƏTİNİ GERİ QAYTARIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.