FƏRƏMƏZ ALLAHVERDİYEVƏ GƏLƏN HƏDƏLƏYİCİ ZƏNGLƏRLƏ BAĞLI ARAŞDIRMA APARILIR

“Nota bene” qəzetinin əməkdaşı Fərəməz Allahverdiyevə edilmiş hədələyici zənglərlə bağlı araşdırma aparılır.

Bu haqda RATİ-yə məlumat verən Allahverdiyev bildirib ki, “Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları bir neçə gün əvvəl mənə baş çəkiblər. İkinci dəfə onlar hədələyici zənglərin edildiyi günlərdə  mənə gələn zənglərin siyahısını gətirmişdilər. Və mən siyahıda olan nömrələrə baxdım. Nömrələr arasında tanımadığım yalnız bir nömrə var idi ki, bu nömrənin kimə məxsus olduğunu artıq bilirəm və hədələyici zənglərin də həmin nömrədən edildiyinə əminəm. Lakin istintaq müddətində bu adı açıqlamayacağım barədə üzərimə öhdəlik götürmüşəm.  Hesab edirəm ki, mənə edilən hədələyici zənglərlə bağlı işin dərindən araşdırılmasına səbəb PEN təşkilatının İlham Əliyevə göndərdiyi müraciət olub.  Çünki yalnız bu müraciət göndərildikdən sonra işi daha dərindən araşdırmağa başladılar”.
Xatırladaq ki, jurnalist aprelin 3-də Topçubaşov adına Eksperimental xəstəxanada düz bağırsağından əməliyyat olunmuşdu. O hal-hazırda xəstəxananın onkologiya şöbəsində yerləşdirilib,  səhhəti normaldır. Ancaq xəstəxanadan nə vaxt evə buraxılacağı hələ məlum deyil.

Previous Post

CONATAN HENİK AQİL XƏLİLLƏ BAĞLI VİDEOSÜJETİ HƏQİQƏTƏ UYĞUN SAYMIR

Next Post

MÜŞFİQ HÜSEYNOV CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.