MÜŞFİQ HÜSEYNOV CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLÜB

“Bizim yol” qəzetinin əməkdaşı Müşfiq Hüseynov dünən axşam saatlarında Binə qəsəbəsində yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.

Bu haqda RATİ-yə məlumatı jurnalistin qohumu Təhmasib Hüseynov verib. O, bildirib ki, “bu gün həmin həbsxanaya gedib, Müşfiqlə görüşmək istəsəm də, bu mümkün olmadı. Buna səbəb kimi isə onun 15 gün ərzində karantində olduğunu göstəriblər”.
RATİ məsələ ilə əlaqədar 2 saylı CÇM ilə əlaqə saxlayıb. Xüsusi şöbənin inspektoru Hüseynovun axşam saatlarında CÇM-ə gətirildiyini təsdiqləyib. Müəssisənin rəis müavini Şakir Bayramov isə bildirdi ki, “M.Hüseynov aclıq aksiyasını artıq  dayandırıb. Çünki dünəndən o həm su içir, həm də qida qəbul edir”.

Previous Post

FƏRƏMƏZ ALLAHVERDİYEVƏ GƏLƏN HƏDƏLƏYİCİ ZƏNGLƏRLƏ BAĞLI ARAŞDIRMA APARILIR

Next Post

QƏZET YERLƏŞDİYİ BİNADAN ÇIXARILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.