İyulun 27-də 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində hakim Rüstəm Kərimlinin sədrliyi ilə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Ədliyyə Nazirliyinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Məhkəmədə iddiaçının nümayəndəsi Günay İsmayılova iştirak etdiyi halda, cavabdehin nümayəndəsi iştirak etməyib.
Məhkəmədə çıxış edən RATİ-nin nümayəndəsi Günay İsmayılova bildirib ki, Ədliyyə Nazirliyi qanunsuz olaraq bizə xəbərdarlıq edib.
“Ədliyyə Nazirliyi bizim sənədlər qaydasında olduğu halda bizə xəbərdarlıq edib. Cavabdeh bildirir ki, biz təsis sənədlərində dəyişiklik etmişik və bu barədə Nazirliyə məlumat verməmişik. Lakin bildirim ki, biz təsis sənədlərində dəyişiklik etmədiyimiz halda sənədləri hüquqi ünvanımızı dəyişən zaman Nazirliyə təqdim etmişik. Xəbərdarlıq qanunsuz olaraq çıxarılmışdır və buna görə də xəbərdarlığın ləğv edilməsi barədə məhkəmədən qərar çıxarmasını xahiş edirik”, – deyə İsmayılova öz çıxışında qeyd edib.
Müşavirədən qayıdan hakim RATİ-nin iddiasının təmin edilmədiyini bildirdi.
Xatırladaq ki, Ədliyyə Nazirliyi 2012-ci ilin yanvar ayında RATİ-yə xəbərdarlıq vermişdi. Xəbərdarlığın verilməsinə əsas kimi təsis sənədlərində edilən dəyişiklik barədə Nazirliyə məlumat verilməməsi göstərilmişdi. RATİ bu xəbərdarlığı qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etmişdi.